[b]Premyer Liqa klubu Hocsonla anlaşdı[/b]
13.09.2017 - 18:05
[b]Premyer Liqa klubu Hocsonla anlaşdı[/b]

“Kristal Pelas”ın yeni baş məşqçisinin adı açıqlanıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa klubu yerli çalışdırıcı ilə anlaşıb.

 

Belə ki, istefaya göndərilən Frank de Buru təcrübəli mütəxəssis Roy Hocson əvəzləyib. İngiltərə yığmasının sabiq baş məşqçisi ilə 2 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, “Kristal Pelas” Premyer Liqanın ilk 4 turunda ardıcıl məğlubiyyətlərlə üzləşdiyindən, rəhbərlik Frank de Buru istefaya göndərmişdi.

0