20 May 14:49 Premyer Liqa klubu ilk transferini rəsmiləşdirdi
FUTBOL xəbərləri 20 May 14:49
729 baxış

Premyer Liqa klubu ilk transferini rəsmiləşdirdi

Premyer Liqa klublarından “Lester” ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, bu barədə klub açıqlama yayıb.

 

Mövsümü 9-cu yerdə bitirən “tülkülər” “Portu”dan Rikardo Pereyranı alıb. Müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.


Pereyra üçün qarşı tərəfə 20 milyon avro ödənəcək.
 

Qeyd edək ki, 24 yaşlı sağ cinah müdafiəçisi Portuqaliya millisinin DÇ-2018 üçün açıqlanan yekun heyətində yer alıb.

Xəbər lenti