[b]Premyer Liqa klubu “Sevilya”nın oyunçusunu istəyir[/b]
17.12.2017 - 10:33
[b]Premyer Liqa klubu “Sevilya”nın oyunçusunu istəyir[/b]

Premyer Liqada işləri qaydasında getməyən “Arsenal” qış fasiləsində heyətini gücləndirmək istəyir. Apasport.az saytının məlumatına görə, London klubu “Sevilya”nın yarımmüdafiəçisi Steven Nzonzini transfer etməyə yaxındı.

 

“Sevilya”nın baş məşqçisi Eduardo Berizza ilə problemlər yaşadaığı üçün komandadan ayrılmaq istəyən 29 yaşlı yarımmüdafiəçii ilə “Everton” və “Yuventus” da maraqlanır. Yerli mətbuatda çıxan xəbərlərə görə, futbolçu artıq “Arsenal”la razılıq əldə edib.

 

Premyer Liqa təmsilçisi İspaniya klubuna bu keçidə görə 37 milyon avro ödəyəcək. Bonuslarala birlikdə isə bu rəqəm 40 milyon avro olacaq.

 

Qeyd edək ki, Premyer Liqada çıxış etmək Nzonzi üçün yenilik olmayacaq. O, “Sevilya”ya 2015-ci ildə “Stok Siti”dən transfer olub. Klubla 2020-ci ilədək müqaviləsi olan futbolçu bu mövsüm La Liqada 10, Çempionlar Liqasında isə 6 oyunda meydana çıxıb.

0