[b]Premyer Liqada yeni mövsümün təqvimi açıqlandı[/b]
14.06.2018 - 12:40
[b]Premyer Liqada yeni mövsümün təqvimi açıqlandı[/b]


İngiltərə Premyer Liqasında 2018-19 mövsümünün püşkü atılıb. Apasport.az saytı xəbər verir ki, növbəti mövsümün təqvimi artıq açıqlanıb.

Premyer Liqada mübarizəyə avqustun 11-də start veriləcək. Azarkeşlər ilk turdaca maraqlı oyuna şahidlik edə biləcəklər. Belə ki, çempion “Mançester Siti” açılış turunda “Arsenal”ın qonağı olacaq. “Mançester Yunayted” doğma azarkeşləri önündə “Lester”lə qarşılaşacaqsa, “Liverpul” “Vest Hem”i qonaq edəcək.

“Arsenal”ı ikinci turda da çətin oyun gözləyir. Unay Emerinin komandası bu dəfə London derbisində “Çelsi” ilə üz-üzə gələcək.

I turun təqvimi
“Arsenal” – “Mançester Siti”
“Bornmut” – “Kardiff Siti”
“Fulhem” – “Kristal Pelas”
“Haddersfild” – “Çelsi”
“Liverpul” – “Vest Hem”
“Mançester Yunayted” – “Lester”
“Nyukasl” – “Tottenhem”
“Sauthempton” – “Bernli”
“Uotford” – “Brayton”
“Vulverhempton” – “Everton”
 

0