23 May 22:48 Premyer Liqanı tərk edən klubda yeni təyinat
FUTBOL xəbərləri 23 May 22:48
645 baxış

Premyer Liqanı tərk edən klubda yeni təyinat

İngiltərənin “Stok Siti” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu posta Hari Rouett təyin olunub.

 

Onun son iş yeri “Derbi Kaunti” idi. Rouett Premyer Liqanı tərk edəndən sonra postundan kənarlaşdırılan Pol Lamberti əvəzləyib.

 

Qeyd edək ki, 44 yaşlı mütəxəssis “Derbi Kaunti”ni Çempionşipdən Premyer Liqaya vəsiqə üçün pley-offa daşısa da, onun yetirmələri yarımfinalda “Fulhem”ə uduzmuşdu.

Xəbər lenti