[b]Prezidentin silahla meydana girməsi PAOK-a baha başa gəldi[/b]
13.03.2018 - 22:13
[b]Prezidentin silahla meydana girməsi PAOK-a baha başa gəldi[/b]

Yunanıstan Super Liqasında AEK-lə oynanılan matçda hakimin qərarına etiraz etmək üçün silahla meydana girən PAOK-un prezidenti İvan Savvidisin hərəkəti kluba baha başa gələcək. Apasport.az saytının məlumatına görə, hadisəyə növbəti reaksiya Avropa Klublar Birliyindən (ECA) gəlib.

 

Təşkilatın rəsmi saytından verilən açıqlamada futbol yarışlarında intizamı və idman ictimaiyyətinin birliyinin qorunması naminə PAOK-un ECA üzvlüyünün dondurulmasına qərar verildiyi bildirilib.

 

Bu cəzanın nə qədər davam edəcəyi növbəti elanda açıqlanacaq.

 

Qeyd edək ki, sözügedən hadisədən sonra Yunanıstan hökuməti Super Liqanın müddətsiz təxirə salındığını bildirmişdi.

0