[b]Primerada yeni məşqçi[/b]
23.05.2018 - 22:02
[b]Primerada yeni məşqçi[/b]

İspaniyanın “Selta” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Primera klubunu Antonio Mohamed çalışdıracaq.

 

48 yaşlı argentinalı mütəxəssislə iki illik müqavilə imzalanıb. O, mövsümün sonunda komandadan ayrılan Xuan Karlos Unsueni əvəzləyib.

 

15 ildi Argentina və Meksika klublarında çalışan Mohamedin son iş yeri “Monterrey” olub. O, 2015-18-ci illərdə bu komandaya rəhbərlik edib.

0