25 May 15:38 “PSJ ilə danışıqlar uğurlu alınır” – Buffonun agenti
FUTBOL xəbərləri 25 May 15:38
395 baxış

“PSJ ilə danışıqlar uğurlu alınır” – Buffonun agenti

“Yuventus”un sabiq qolkiperi Canluici Buffon PSJ-yə keçməyə yaxındı. Apasport.az saytının “Le Parisien”ə istinadən məlumatına görə, italiyalı qapıçının meneceri Silvano Martina danışıqların gedişatı ilə bağlı fikirlərini bölüşüb.

 

“Hələlik fransız klubu ilə danışıqlar çox uğurlu alınır. Buffon növbəti mövsümü PSJ-nin heyətində keçirsə, yəqin ki, hamı bundan məmnun qalar” - deyə, agent bildirib.

 

PSJ-nin Buffona 4 illik müqavilə təklif etdiyi yazılır. Razılıq əldə olunsa, Cici ilinə 8 milyon avro qazanacaq.

Xəbər lenti