[b]PSJ Kante ilə anlaşdı[/b]
21.07.2018 - 11:14
[b]PSJ Kante ilə anlaşdı[/b]

Fransa millisinin futbolçusu Nqolo Kante vətəninə qayıdır. Apasport.az saytının məlumatına görə. “Çelsi”nin yarımmüdafiəçisinin PSJ-yə keçidi rəsmiləşməyə yaxındı.

 

Belə ki, artıq futbolçu və Paris klubu müqavilənin şərtlərində anlaşma əldə edib. İndi yalnız PSJ və “Çelsi” arasında razılığın əldə olunması qalıb ki, bundan sonra transfer gerçəkləşəcək.

 

Kante mümkün keçidini Çempionlar Liqasında oynamaq istəyi ilə əlaqələndirib. Məsələ ondadı ki, PSJ qitənin ən nüfuzlu klub turnirində oynayacaqsa, London təmsilçisi Avropa Liqasında mübarizə aparacaq.

0