[b]PSJ "Milan"ın qapıçısını istəyir[/b]
23.02.2018 - 01:00
[b]PSJ "Milan"ın qapıçısını istəyir[/b]

PSJ rəhbərliyi mövsümün sonunda komandanın heyətini bir qədər də gücləndirmək niyyətindədi. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, parislilər yeni qapıçı transfer etməyi planlaşdırırlar.

 

Fransa təmsilçisi "Milan"ın qolkiperi Canluici Donnarummanın xidmətində maraqlıdı. Hazırkı çərçivə qoruyucusu Alfonso Areolanın çıxışı klub rəhbərliyini tam razı salmır.

 

Fransızlar Donnarummanın agenti Mina Rayola ilə danışıqlara start verəcəklər.

 

Qeyd edək ki, 18 yaşlı qapıçı "Milan"ın yetirməsidi. Donnarumma 2015-ci ildən əsas komandanın formasını geyinir.

0