[b]“Putin, hardasan?” - VİDEO[/b]
21.02.2018 - 19:34
[b]“Putin, hardasan?” - VİDEO[/b]

İtaliyalı futbolçu Mario Balotelli yenə qeyri-adi hadisə ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, hücumçu Moskva səfəri zamanı gülüş obyektinə çevrilib.

 

Belə ki, Avropa Liqasının 1/16 final mərhələsinin “Lokomotiv”lə cavab oyunu üçün Rusiyanın paytaxtında olan “Nitsa”nın hücumçusu “Qırmızı meydan”da gəzintidə olarkən “Putin, hardasan” deyə zarafat edib. O, bu anı şəxsi “instaqram” səhifəsində də paylaşıb.

 

“Super Mario” bu sözləri komanda yoldaşlarının gülüşünə səbəb olub.

 

Qeyd edək ki, “Lokomotiv” - “Nitsa” oyunu sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İki komanda arasında ilk qarşılaşma Moskva təmsilçisinin 3:2 hesablı qələbəsi ilə nəticələnib. Həmin oyunda “Nitsa”nın hər iki qoluna Balotelli imza atıb.

0