[b]Pyaniç “Mançester Siti”nin maraq dairəsində[/b]
17.07.2018 - 18:14
[b]Pyaniç “Mançester Siti”nin maraq dairəsində[/b]

“Yuventus”un yarımmüdafiəçisi Miralem Pyaniç karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 28 yaşlı bosniya və herseqovinalı yarımmüdafiəçi “Mançester Siti”nin maraq dairəsinə düşüb.

 

Turin klubu oyunçusunu 80 milyon avroya satmağa hazırdı. “Mançester Siti” Jorjinyonu heyətə qata bilmədiksən sonra Pyaniçin transferində maraqlıdı. Lakin yarımmüdafiəçi “Barselona”nın da hədəfindədi.

 

Qeyd edək ki, Pyaniç ötən mövsüm “Yuventus”da keçirdiyi 44 matçda 7 qol vurub və 9 məhsuldar ötürmə verib.

0