[b]“Qalatasaray” məhkəmədə uduzdu[/b]
17.05.2018 - 14:51
[b]“Qalatasaray” məhkəmədə uduzdu[/b]

Çesare Prandelli sabiq komandası “Qalatasaray”a məhkəmədə qalib gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “cim-bom” italiyalı mütəxəssisə təzminat haqqı ödəməli olacaq.

 

Belə ki, 2014-15 mövsümündə “sarı-qırmızılılar”ı 16 rəsmi matça çıxaran Prandelli müqavilənin birtərəfli ləğvi ucbatından İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmişdi. Məsələ ilə bağlı qərar çalışdırıcının lehinə olub. Belə ki, Türkiyə klubu 60 yaşlı mütəxəssisə 7 milyon avro təzminat haqqı ödəyəcək.

 

Qeyd edək ki, Çesare Prandellinin son klubu Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl-Nasr” olub.

0