25 May 18:41 “Qalatasaray” yeni prezidentini seçir
FUTBOL xəbərləri 25 May 18:41
445 baxış

“Qalatasaray” yeni prezidentini seçir

Sabah “Qalatasaray”ın yeni prezidentinin adına aydınlıq gələcək. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, seçkiyə səhər saatlarında start veriləcək.

 

Hazırda bu postda 4 namizəd var. Bunlar hazırkı prezident Mustafa Cengiz, sabiq rəhbər Dursun Özbək, həmçinin Ozan Korkut və Ali Fatinoğludu. Seçkilərdə kluba üzvlüyü olan 8181 nəfər səs vermək hüququna malik olacaq. “Qalatasaray” liseyində baş tutacaq seçkilər üçün 20 qutu qoyulacaq.

 

Qeyd edək ki, yeni prezidentin adı sabah axşam saatlarında açıqlanacaq.

Xəbər lenti