[b]“Qalatasaray”ın futbolçusu karyerasını bitirir[/b]
15.11.2017 - 12:15
[b]“Qalatasaray”ın futbolçusu karyerasını bitirir[/b]

“Qalatasaray”ın müdafiəçisi Hakan Balta karyerasını bitirməyə hazırlaşır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 34 yaşlı futbolçu mövsümün sonunda yaşıl meydanlarla vidalaşacaq.

 

Ötən mövsüm baş məşqçi postuna gətirilən İqor Tudor Türkiyə millisinin üzvündən müdafiənin sol cinahında yararlanmaq istəsə də, Hakan bundan imtina etmişdi. Bu səbəbdən cari mövsümdən komandadan uzaqlaşdırılan təcrübəli futbolçu gələn yay başqa kluba keçməyəcək. “Cim-bom”la müqavilə müddəti mövsümün sonuna qədər olan və illik məvacibi 1 milyon 250 min avro təşkil edən oyunçu yayda karyerasını bitirəcək.

 

Qeyd edək ki, 2007-ci ildən “Qalatasaray”da çıxış edən Hakan Balta Türkiyə millisinə də çağırılır.

0