[b]Qalib heyət dəyişmədi[/b]
26.05.2018 - 23:20
[b]Qalib heyət dəyişmədi[/b]

Çempionlar Liqasının finalında “Real” “Liverpul”la qarşılaşır. Apasport.az saytının məlumatına görə, Kiyev baş tutan həlledici görüş maraqlı məqamla diqqət çəkib.

 

Belə ki, ötən il də qitənin bir nömrəli klub turnirində final oynayan “kral klubu” hər iki matça eyni heyətlə çıxıb. 2016/17 mövsümünün son qarşılaşmasında “Yuventus” üzərində 4:1 hesablı qələbə qazanan “11-lik” bu dəfə də meydandadı.

 

Qeyd edək ki, “Liverpul”un start heyətində olan heç bir oyunçu bir dəfə də olsa Çempionlar Liqasının finalında meydana çıxmayıb.

0