[b]“Qarabağ” 200 min dollara hücumçu aldı[/b]
22.07.2018 - 01:18
[b]“Qarabağ” 200 min dollara hücumçu aldı[/b]

“Bursaspor”un hücumçusu Con Delarj karyerasını Azərbaycanda davam etdirəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

 

Bildirilir ki, Konqo millisinin forvardı bundan sonra “Qarabağ”ın formasını geyinəcək. Bursa klubunun transferə çıxardığı 28 yaşlı oyunçu Azərbaycan çempionu ilə hərtərəfli anlaşma əldə edib.

 

Superliqa klubu meydandakı oyunundan çox, şəxsi həyatı ilə gündəmə gəlməsindən narahat olduğu üçün onu yola salmaq qərarına gəlib. Delarjın türklərlə müqavilə müddəti gələn yaya qədər olduğundan, “Qarabağ” transfer üçün qarşı tərəfə təzminat ödəyib. Həmkarlarımız “Bursaspor”un bu keçiddən 200 min dollar qazandığını bildiriblər.

 

Qeyd edək ki, Con Delarj “Bursaspor”a ötən il Avstriya klubu “Admira”dan keçmişdi.

0