[b]“Qarabağ” afrikalıdan imtina edib, braziliyalı gətirir[/b]
20.07.2018 - 12:37
[b]“Qarabağ” afrikalıdan imtina edib, braziliyalı gətirir[/b]

“Qarabağ” “Maritsburq Yunayted” klubunun futbolçusu Lebohanq Maboedən imtina edib. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Cənubi Afrika Respublikasının mətbuatı yayıb.

 

Bildirilir ki, Azərbaycan çempionu ilə yanaşı, “Ostende” 24 yaşlı hücumçunun xidmətində maraqlı olub. Lakin “Maritsburq Yunayted” bu keçid üçün adıçəkilən komandalardan 500 min avroluq təzminat tələb edib. Məhz bu üzdən həm “Ostende”, həm də “Qarabağ” onun adını transfer siyahısından çıxarıb.

 

Mənbənin məlumatına görə, hücumçu axtarışını davam etdirən “Qarabağ” Çempionlar Liqası təcrübəsi olan braziliyalı bir forvardı heyətinə qatacaq.

0