[b]“Qarabağ” “Atletiko” önündə çarəsiz qalsaydı...”[/b]
23.02.2018 - 10:37
[b]“Qarabağ” “Atletiko” önündə çarəsiz qalsaydı...”[/b]

“Dieqo Simeone hər oyunda və turnirdə qalib gəlmək istəyən məşqçidi. Madrid komandası Avropa Liqasına real fürsət kimi yanaşmalıdı”. Apasport.az saytının məlumatına görə, bu barədə məşhur ESPN nəşrində yazılıb.

 

“Atletiko”nun Çempionlar Liqasındakı (ÇL) uğursuzluğunu dəyərləndirən ABŞ şirkəti komandanın qrup mərhələsində bəxtinin gətirmədiyini vurğulayıb.

 

Həmkarlarımız madridlilərin “Qarabağ”la matçlarına da toxunublar. Onların fikrincə, “Atletiko” hazırda mübarizə apardığı Avropa Liqasını qazanmağa çalışacaq: “Saul Nigesin Çempionlar Liqasında “Roma” və “Çelsi” ilə oyunlarda zərbəsi dirəyə deyil, çərçivəyə düşsəydi necə olacaqdı? Bəs “Qarabağ” “Çelsi” ilə qarşılaşmada olduğu kimi, “Atletiko” önündə də çarəsiz qalsaydı nə edərdi? Və ya Mişi Batşuayi “Vanda Metropolitano” stadionundakı oyunun son dəqiqələrində qələbə qolunu vura bilməsəydi... Siyahını uzatmaq da olar. “Atletiko” Çempionlar Liqasında mübarizə aparan bir çox komandadan güclüdü. Ancaq qrup mərhələsindəki uğursuzluğa görə, özlərindən başqa heç kimi günahlandırmağa haqları yoxdu. Bu səbəbdən cümə axşamları və bazar günləri keçirəcəkləri oyunlara diqqət yetirməlidilər”.

 

Qeyd edək ki, ÇL-in qrupunda 3-cü yeri tutan “Atletiko” “Qarabağ”la keçirdiyi hər iki oyunda heç-heçə etmişdi – 0:0, 1:1. Madridlilər Avropa Liqasının  1/16 final mərhələsində “Kopenhagen”i üstələyərək, mübarizəni davam etdiriblər.

0