[b]“Qarabağ” azarkeşlərindən xareoqrafiya[/b]
06.05.2018 - 19:09
[b]“Qarabağ” azarkeşlərindən xareoqrafiya[/b]

Topaz Premyer Liqasının XXVI turunda “Qarabağ” “Neftçi”ni qəbul edir. Apasport.az saytının məlumatına görə, matçın startından əvvəl meydan sahiblərinin azarkeşləri xareoqrafiya nümayiş etdiriblər.

 

“İmarət Tayfa” fanklubunun nümayiş etdirdiyi tabloda azarkeş təsvir olunub. Həmin azarkeşin əyinində qara geyimlə yanaşı əsgər forması da var. Xareoqrafiyanın ana xətti “Qarabağ uğurunda bir azarkeşdən, bir komandadan daha artıq olmaq, yeri gələrsə, azarkeşdən əsgərə çevrilə bilmək” üzərində qurulub.

 

Daha sonra fanatlar Azərbaycan bayrağının rənglərinə oxşar rəngdə petardalar yandırıblar.

 

0