19 Mart 20:45 “Qarabağ” başladı
FUTBOL xəbərləri 19 Mart 20:45
871 baxış

“Qarabağ” başladı

Azərbaycan Premyer Liqasının XX turunda “Neftçi”ylə oyundan sonra istirahətə buraxılan “Qarabağ” bu gün məşqləri bərpa edib. Apasport.az saytının məlumatına görə, ağdamlılar klubun bazasında bir araya gəlib.

 

Futbolçular məşqə çıxaraq aprelin 1-i baş tutacaq “Keşlə” ilə oyunun hazırlığına start verib.

 

Milli komandamızda yer alan futbolçular məşqdə iştirak etməyib.

 

Qeyd edək ki, əvəzedici heyətin bir neçə üzvü də əsas komanda ilə məşqə çıxıb.

Xəbər lenti