16 Oktyabr 14:42 “Qarabağ” bunu da etdi
FUTBOL xəbərləri 16 Oktyabr 14:42
1498 baxış

“Qarabağ” bunu da etdi

“Qarabağ” azarkeşlərin Çempionlar Liqasının qrup mərhələsinin “Atletiko” ilə oyununa gəliş-gedişini rahatlaşdırıb. Apasport.az klubun saytına istinadən məlumat verir ki, oktyabrın 18-i Bakı Olimpiya Stadionunda baş tutacaq görüş zamanı ictimai dayanacaq futbolsevərlərin xidmətində olacaq.

 

Azarkeşlər avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl - saat 17:00-dan etibarən istifadə edə bilərlər.

 

Qeyd edək ki, “Qarabağ”ın “Atletiko” ilə matçına bilet satışı davam edir. Azarkeşlər sabahdan etibarən biletləri Bakı Olimpiya Stadionun qarşısında yerləşdirilən satış məntəqələrindən də əldə edə bilərlər.

 

 

Xəbər lenti