[b]“Qarabağ” – “Çelsi”: daha 1000 bilet satışa çıxarılıb[/b]
18.11.2017 - 13:50
[b]“Qarabağ” – “Çelsi”: daha 1000 bilet satışa çıxarılıb[/b]

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Çelsi” onlar üçün ayrılmış biletlərin bir hissəsindən imtina edib. Apasport.az-ın məlumatına görə, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

 

Bildirilir ki, oyuna olan böyük marağı nəzərə alan “Qarabağ” rəhbərliyi həmin biletləri (308 və 309-cu sektorlar) bu gündən etibarən satışa çıxarıb. Təxminən 1000 bilet artıq satışdadı.

 

Azarkeşlər satış məntəqələrinə yaxınlaşaraq, biletləri əldə edə bilərlər.

 

Satış məntəqələri: 
“Gənclik mall” və “28 mall”
“Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)

0