[b]“Qarabağ” çempionluq kubokunu Sumqayıtda alacaq?[/b]
20.04.2018 - 11:07
[b]“Qarabağ” çempionluq kubokunu Sumqayıtda alacaq?[/b]

Topaz Premyer Liqasının XXIV turunda “Sumqayıt”ın qonağı olacaq “Qarabağ” çempionluğunu rəsmiləşdirsə belə, medallarını Sumqayıtda almayacaq. Bunu apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev deyib.

 

O bildirib ki, hazırda turnir cədvəlinə başçılıq edən Ağdam təmsilçisi qızıl medallarına qovuşmaq üçün ən azı XXVI tura qədər gözləməli olacaq. Belə ki, Qurban Qurbanovun kollektivi çempionluğunu erkən elan etsə, həmin turda “Neftçi” ilə qarşılaşmadan sonra kubokunu alacaq. Çünki komanda son ev görüşünü məhz “Neftçi”yə qarşı keçirəcək.

 

Yox, əgər mübarizə davam etsə, o zaman çempionluq kuboku son turda keçiriləcək “Qəbələ” – “Qarabağ” qarşılaşmasından sonra təqdim olunacaq.

 

Qeyd edək ki, “Qarabağ” aprelin 22-də “Sumqayıt” üzərində qələbə qazanarsa, sona 4 tur qalmış ardıcıl 5-ci dəfə çempionluğunu rəsmiləşdirəcək.

0