[b]“Qarabağ” darmadağınla başladı[/b]
18.12.2017 - 21:35
“Qarabağ”ın U-12 komandası Gürcüstanda keçirilən “Bendela Cup”a start verib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz bu gün ilk oyununu keçirib.
Komandamız Gürcüstanın “Bolnisi” komandasını 5:1 hesabıyla məğlub edib.
Yeniyetmə “Qarabağ”lılar sabah “Dinamo”lu (Tbilisi) həmyaşıdları ilə qarşılaşacaqlar.
0
0