[b]“Qarabağ” - dünyanın 1 nömrəsi![/b]
12.02.2018 - 10:58
[b]“Qarabağ”  - dünyanın 1 nömrəsi![/b]

Dünyanın bütün milli çempionatlarını əhatə edən ən uzun seriyaların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, müxtəlif göstəricilər üzrə davam edən 10 ən böyük seriyalar arasında Azərbaycan təmsilçiləri də yer alıb.

 

Öz meydanında keçirdiyi matçlarda 2 və ya daha çox qol buraxmamaqda “Qarabağ” dünyanın 1 nömrəsidi. “Qəbələ” ilə Premyer Liqanın XV turunun görüşdən də seriyasını sürdürən Qurban Qurbanovun yetirmələri 0:0 hesablı bərabərliyə nail olub.

 

Ağdam klubu son 33 ev oyununda 1-dən çox qol buraxmır. Bu göstəriciyə isə bütün dünya həsəd aparır. “Qarabağ” son turdakı nəticə ilə şəriki olduğu İsrail “Hapoel”ini (Beyer-Şeva) arxada qoyub. Lakin bu gün “Aşdod”la görüşəcək Beyer-Şeva klubu yenidən çempionumuza çata bilər.

 

Qurbanovun komandasını evdəki çempionat oyununda 1 dəfədən artıq məyus edən sonuncu klub “Sumqayıt” olub. “Gənclik şəhəri” təmsilçisi 2015-ci il dekabrın 16-da meydan sahiblərinin qapısına 2 dəfə yol tapıb – 2:2. Həmin matçdan sonrakı 789 gündə 24 quru oyun keçirən “Qarabağ” yalnız 9 qarşılaşmada qapısında 1 top görüb.

 

“Qarabağ” kimi “Zirə” və “Kəpəz” də ilk “onluq”larda yer alıblar. Gəncə təmsilçisi evdəki məğlubiyyət sayında 5-ci (7 məğlubiyyət), paytaxt klubu səfər matçlarında 3-dən artıq qol vurulmayan 7-ci (24 oyun) komanda adına şərikdi. Amma bu klubların ikisi də son turda seriyasını artıra bilməyib. Çünki “Kəpəz” səfərdə, “Zirə” evdə oynayıb.

 

0