[b]“Qarabağ” gedir[/b]
20.06.2018 - 01:31
[b]“Qarabağ” gedir[/b]

Çempionlar Liqasının ilk təsnifat mərhələsində “Olimpiya” ilə oyuna hazırlaşan “Qarabağ” ölkə daxilindəki hazırlıqlarını tamamlayıb. Apasport.az saytının məlumatına görə, Ağdam klubu bu gün Avstriyaya yola düşəcək.

 

Bu ölkədə təlim-məşq toplanışı keçəcək ölkə çempionu 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.

 

Qurban Qurbanovun yetirmələrinin ilk matçı iyunun 23-də Bolqarıstan “Ludoqorets”inə qarşı olacaq. Bundan 3 gün sonra yerli “Vakker İnsbruk”la qarşılaşacaq “Qarabağ” iyunun 30-da Suriya yığması ilə üz-üzə gələcək.

 

Azərbaycan çempionu Avstriyada son sınaq matçına iyulun 4-də çıxacaq. Komanda Kiyev “Dinamo”su ilə münasibətlərinə aydınlıq gətirəcək.

0