[b]“Qarabağ” göstərdi ki, mümkünsüz heç nə yoxdu”[/b]
12.12.2017 - 10:33
[b]“Qarabağ” göstərdi ki, mümkünsüz heç nə yoxdu”[/b]

“Püşk bizi çox çətin rəqiblə üz-üzə qoydu. “Atletiko” Avropanın ən güclü komandalarından biridi”. Apasport.az saytının məlumatına görə, bunu “Kopenhagen”in baş məşqçisi Stol Solbakken deyib.

 

Avropa Liqasının 1/16 final mərhələsində “Atletiko”ya rəqib olan Danimarka klubunun çalışdırıcısı rəqibdən çəkindiklərini etiraf edib. Ancaq Solbakken Çempionlar Liqasının pley-off mərhələsində onları üstələyən “Qarabağ”ın qrupda “Atletiko” ilə heç-heçə etməsini xatırladıb və bu amilin stimul verdiyini söyləyib: “Bizi Çempionlar Liqasından uzaqlaşdıran “Qarabağ” qrupda “Atletiko”ya qarşı başabaş mübarizə apardı. Azərbaycan çempionu Dieqo Simeonenin komandası ilə hər iki görüşdə heç-heçə etdi. Burdan belə qənaətə gəlmək olar ki, futbolda mümkünsüz heç nə yoxdu. Ancaq çox çətin olacaq”.

 

Qeyd edək ki, “Kopenhagen”lə “Atletiko” arasında oyunlar fevralın 15-də və 22-də keçiriləcək.

0