[b]“Qarabağ” güclü deyildi” – Aris Zarifoviç[/b]
19.07.2018 - 14:33
[b]“Qarabağ” güclü deyildi” – Aris Zarifoviç[/b]

“Komandalar arasında keyfiyyət fərqi çox deyildi”. Apasport.az saytının məlumatına görə, bunu “Olimpiya”nın vitse-kapitanı Aris Zarifoviç deyib.

 

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın qonağı olan Sloveniya çempionu qolsuz bərabərliklə kifayətlənib. İlk görüşdə evdə məğlub olan “Olimpiya” bununla Avropa Liqasına yollanıb.

 

Qarşılaşma ilə bağlı yerli mətbuata danışan Zarifoviç uğursuzluğun səbəbini belə izah edib: “Matça yaxşı başladıq, iki qol vəziyyəti yaratdıq. Təəssüf ki, bunlardan yararlana bilmədik. Bu cür yüksək səviyyədə təşkilatlanmış komandalara qarşı ələ düşən fürsətdən maksimum istifadə etmək lazımdı. Çünki belə matçlarda çox şans yaxalamırsan. “Qarabağ”ın cütün favoriti olduğunu bildirdik. Ancaq onu da bilirdik ki, rəqib keçilməz olacaq qədər güclü deyil. Çempionlar Liqası hər kəsin xəyalıdı. Ancaq indi başımızı yuxarı qaldırmalıyıq. Çünki gələn həftə Avropa Liqasında mübarizəyə başlayacağıq”.

 

Qeyd edək ki, “Olimpiya” Avropa Liqasının II təsnifat mərhələsində Şimali İrlandiya təmsilçisi “Kruzaders”lə qarşılaşacaq.

0