[b]“Qarabağ” heç-heçəylə növbəti mərhələdə - YENİLƏNİB[/b]
18.07.2018 - 22:54
[b]“Qarabağ” heç-heçəylə növbəti mərhələdə

 - YENİLƏNİB[/b]

“Qarabağ” bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu öz meydanında “Olimpiya” ilə qarşılaşıb.

 

Sloveniyada keçirilən ilk görüşdə 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda bu üstünlüklə çıxıb. Matçın ilk dəqiqələrində qonaqlar daha fəal olsa da, “Qarabağ” üstünlüyü ələ almağı bacarıb.

 

Ağdam təmsilçisi daha çox hücum etdiyi qarşılaşmada qapılara qol vurulmayıb. Beləliklə, ilk oyunda qazanılan minimal hesablı qələbə “Qarabağ”ı II təsnifat mərhələsinə daşıyıb.

 

Çempionlar Liqası

I təsnifat mərhələsi (cavab oyunu)

18 iyul

 

“Qarabağ” (Ağdam, Azərbaycan) – “Olimpiya” (Lyublyana, Sloveniya) - 0:0

Sarı vərəqə: Kinqsli Boatenq, 4, Marko Qayiç, Yakub, 89 Jezniçak, 90+3

Baş hakim: Erez Papir

Yan xətt hakimləri: David Elias Bitton, Eliyahu Casapu

Ehtiyat hakim: David Fuxman (hamısı İsrail)

UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan)

İlk oyun: 1:0

“Qarabağ” (Azərbaycan): 13. Vaqner da Silva, 5. Maksim Medvedev (k), 6. Simeon Slavçev, 8. Miçel, 10. Dani Kintana (19. Filip Ozobiç, 40), 11. Mahir Mədətov (25. Ansi Aqolli, 90+3), 17. Abdullah Zubir, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Vild-Donald Gerye, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 14. Rəşad Sadıqov, 18. İsmayıl İbrahimli

Baş məşqçi: Qurban Qurbanov

 

“Olimpiya” (Sloveniya): 31. Alyaj İvaçiç, 3. Makki Baqnak (30. Branko İliç, 74), 5. Marko Qayiç, 7. Rok Kronaveter (8. Daniyel Mişkiç, 72), 21. Kinqsli Boatenq, 27. Aris Zarifoviç (k), 44. Dino Ştiqleç, 70. Marko Putinçanin, 77. Stefan Saviç (29. Matiç Çrniç, 46), 90. Tomislav Tomiç, 95. Daniel Avramovski

Ehtiyat oyunçular: 41. Neyts Vidmar, 15. Asmir Sulyiç, 22. Haris Kadriç, 10. Qoran Brkiç

Baş məşqçi: İliya Stolitsa

 

 

0