13 Avqust 18:54 "Qarabağ" italiyalılara əmanət
FUTBOL xəbərləri 13 Avqust 18:54
2749 baxış

"Qarabağ" italiyalılara əmanət

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın Danimarka “Kopenhagen”i ilə ev oyununu italiyalı hakimlər briqadası idarə edəcək.

 

Avqustun 15-də baş tutacaq görüşün əsas referisi Paolo Talyavento olacaq. Qarşılaşmada yan xətt hakimi funksiyasını Alessandro Calyatini və Alessandro Kostantso yerinə yetirəcək. Massimiliano İrrati və Antonio Damato isə əlavə köməkçi hakim olacaqlar.

 

Qarşılaşmaya dördüncü referi kimi Filippo Meli təyinat alıb. UEFA nümayəndəsi funksiyasını bolqarıstanlı Andrey Medintsev icra edəcək. Hakim-inspektor vəzifəsini isə avstriyalı Frits Stuxlik yerinə yetirəcək.

 

Qeyd edək ki, “Qarabağ” - "Kopenhagen" oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

Xəbər lenti