15 Avqust 22:05 “Qarabağ” – “Kopenhagen” matçının qəhrəmanı bəlli oldu
FUTBOL xəbərləri 15 Avqust 22:05
2349 baxış

“Qarabağ” – “Kopenhagen” matçının qəhrəmanı bəlli oldu

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Kopenhagen” matçının ən yaxşısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisinin futbolçusu Mahir Mədətovu fərqləndirib.

 

Qarşılaşmanın taleyini həll edən qolun müəllifi görüşün ən yaxşısı adını qazanıb.

 

Qeyd edək ki, UEFA hər avrokubok matçının gedişindən ən yaxşını seçir.

Xəbər lenti