22 Avqust 13:31 "Qarabağ" "Kopenhagen"lə oyunun hazırlığını tamamlayacaq
FUTBOL xəbərləri 22 Avqust 13:31
1374 baxış

"Qarabağ" "Kopenhagen"lə oyunun hazırlığını tamamlayacaq

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində sabah  Danimarkanın "Kopenhagen" klubunun qonağı olacaq. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov bu gün saat 21:00-da media mənsublarının suallarını cavablandıracaq.

 

Bakı vaxtı ilə saat 21:30-da isə komanda qarşılaşmanın keçiriləcəyi "Parken" stadionunda oyunöncəsi son məşqinə çıxacaq. 

 

Qeyd edək ki, "Kopenhagen” – “Qarabağ” matçı sabah saat 22:45-də start götürəcək.

Xəbər lenti