[b]“Qarabağ” – “Kukesi”  cütünün rəqibi müəyyənləşdi - YENİLƏNİB[/b]
23.07.2018 - 14:54
[b]“Qarabağ” – “Kukesi”  cütünün rəqibi müəyyənləşdi
 - YENİLƏNİB[/b]

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin Çempionlar yolunun püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə 39 komandanın mümkün rəqibi bilinib.

 

Çempionlar Liqasının uğursuzları mübarizə apardığı yolda II təsnifat mərhələsinin cütləri əvvəlki raundlarda uduzanların təşkil etdiyi cütlüklərlə rəqib olub. Çempionlar Liqasının II təsnifat mərhələsinin məğlubları Avropa Liqasının Çempionlar yolunun 2-ci raundunun qalibləri ilə görüşəcək.

 

"Qarabağ" - "Kukesi" cütünün potensial məğlubu da rəqibini tanıyıb. Çempionlar Liqası ilə II təsnifat mərhələsində vidalaşacaq komanda Avropa Liqasının III təsnifat mərhələsində “Torpedo” (Kutaisi) - “Vikinqur” duelinin qalibi ilə qarşılaşacaq.

 

Avropa Liqası

III təsnifat mərhələsi

 

Çempionlar yolu

“Ludoqorets” (Bolqarıstan) - “Videoton” (Macarıstan) cütünün məğlubu -  “Zrinski” (Bosniya və Herseqovina) - “Valletta” (Malta) cütünün qalibi

“Sutyeska” (Monteneqro) - “Alaşkert” (Ermənistan) cütünün qalibi - ÇFR (Rumıniya) - “Malmö” (İsveç) cütünün məğlubu

“Legiya” (Polşa) - “Spartak” (Slovakiya) cütünün məğlubu - “Düdelanj” (Lüksemburq) – “Drita” (Kosovo) cütünün qalibi

“Olimpiya” (Sloveniya) - “Kruzaders” (Şimali İrlandiya) cütünün qalibi - BATE (Belarus) - HİK (Finlandiya) cütünün məğlubu

“Şkendiya” (Makedoniya) - “Şerif” (Moldova) cütünün məğlubu - “FK Santa Koloma” (Andorra) - “Valyur” (İslandiya) cütünün qalibi

TNS (Uels) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi - “Astana” (Qazaxıstan) - “Midtulland” (Danimarka) cütünün məğlubu

“Torpedo” (Kutaisi, Gürcüstan) - “Vikinqur” (Farer adaları) cütünün qalibi - “Kukesi” (Albaniya) - “Qarabağ” (Azərbaycan) cütünün məğlubu

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Hapoel” (Beyer-Şeva, İsrail) cütünün məğlubu - APOEL (Kipr) - “Flora” (Estoniya) cütünün qalibi

“Spartak” (Latviya) - “La Fiorita” (San-Marino) cütünün qalibi - “Srvena Zvezda” (Serbiya) - “Suduva” (Litva) cütünün məğlubu

“Kork Siti” (İrlandiya) - “Seltik” (Şotlandiya) - “Rusenborq” (Norveç) cütünün məğlubu

 

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 9-da və 16-da keçiriləcək.

 

0