[b]“Qarabağ” Ndlovunun dublu ilə 3 xal qazandı - YENİLƏNİB[/b]
13.10.2017 - 17:25
[b]“Qarabağ” Ndlovunun dublu ilə 3 xal qazandı - YENİLƏNİB[/b]

Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, VIII turun ilk oyun günündə 1 qarşılaşma baş tutub.

 

Ötən mövsümün mükafatçılarının dueli “İnter Arena”da keçirilib. Son 4 ilin dəyişməz çempionu “Qarabağ” “İnter”in qonağı olub.

 

Ağdam təmsilçisi meydan sahiblərinin müqavimətini qırmaqda çətinliklə üzləşsə də, matçın sonlarında istəyinə çatıb. Məğlubiyyətsiz irəliləyən Qurban Qurbanovun yetirmələri Dino Ndlovunun son dəqiqələrdəki dublu ilə 3 xal qazanıb. Bu qələbə əyalət klubunun liderliyini möhkəmlədib.

 

Qeyd edək ki, sabah turun daha iki oyunu keçiriləcək. “Sumqayıt” “Qəbələ”ni, “Zirə” “Kəpəz”i qəbul edəcək.

 

 

Azərbaycan Premyer Liqası

VIII tur

13 oktyabr (cümə)

“İnter” – “Qarabağ” - 0:2

Qollar: Dino Ndlovu, 85, 90+2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
“İnter Arena”
 

“İnter”: 1. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva (k), 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 19. Mirhüseyn Seyidov, 22. İlkin Qırtımov, 24. Fuad  Bayramov, 27. Adrian Skarlatake, 88. Məmməd Quliyev

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 4. Slavik Alxasov, 66. Murad Qayalı, 77. Oleq Hüseynov, 99. Ricat Qarayev

Baş məşqçi: Zaur Svanadze

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (k), 7. Rahid Əmirquliyev, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 18. Tarik Elyunussi, 21. Arif Daşdəmirov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 88. Elşən Abdullayev

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 24. Nihad Tamazov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 77. Donald Qerye, 90. Ramil Şeydayev, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov

 

 

1.

Qarabağ

7

6

1

0

14-3

19

2.

Zirə

7

4

3

0

12-5

15

3.

Qəbələ

7

4

1

2

10-8

13

4.

Sumqayıt

7

3

1

3

8-10

10

5.

İnter

8

2

2

4

7-11

8

6

Səbail

6

2

0

4

4-8

6

7.

Neftçi

7

1

1

5

5-9

4

8.

Kəpəz

7

1

1

5

5-11

4

0