[b]“Qarabağ” niyə cəzalanmır?[/b]
22.05.2018 - 10:39
[b]“Qarabağ” niyə cəzalanmır?[/b]

Topaz Premyer Liqasının 2017/18 mövsümündə 23 penalti təyin olunub. Apasport.az saytının məlumatına görə, bu zərbələrdən 21-i dəqiq yerinə yetirilib.

 

28 turun 112 matçından sonra 11 metrlik cərimə zərbələrindən istifadə faizi 91,3 faiz təşkil edib.

 

Mövsümün ən çox penalti vuran komandası “Kəpəz”di. Yarışı sonuncu pillədə başa vuran Gəncə klubu 5 belə zərbə yerinə yetirib. Qərblilər 100 faizlik nəticə göstərməyi bacarıblar – 5 qol. “Sumqayıt” 4, “Qarabağ”la “Qəbələ” 3 zərbədən heç birində xətaya yol verməyib. “Səbail”in 2, “Neftçi”nin 1 penaltisi qolla nəticələnibsə, “Zirə” və “Keşlə” hərəyə 1 imkanı qaçırıb. Sonuncular yeganə şansdan yararlana bilməyib.

 

Penalti vuran komandalar: “Kəpəz” – 5, “Sumqayıt” – 4, “Zirə” – 4 (1-i qeyri dəqiq), “Qəbələ” - 3, “Qarabağ” – 3, “Səbail” - 2, “Neftçi” – 1, “Keşlə” – 1 (1).

 

Premyer Liqanın 8 komandasından 7-nin qapısına 11 metrlik zərbə təyin olunub. Yalnız “Qarabağ” belə cəzalanmayıb. “Neftçi” və “Səbail” daha çox – hərəyə 5 dəfə cəzalanıb. Lakin debütant bu zərbələrin 2-dən xilas olmağa sevinib. “Qəbələ” isə 4 dəfə cəzalanıb.

 

Penalti ilə cəzalanan komandalar: “Səbail” – 5 (2-si qeyri-dəqiq), “Neftçi” – 5, “Qəbələ” – 4, “Keşlə”, “Zirə” – 3, “Sumqayıt” – 2, “Kəpəz” – 1.

 

Ayrı-ayrı futbolçulara gəlincə, iki oyunçu 3 penaltidən dəqiq istifadə edib. Bunlar Milan Duriç (“Zirə”) və Tural Axundovdu (“Sumqayıt”). Riçard Almeyda (“Qarabağ”), Kərim Diniyev, Dario Federiko (hər ikisi “Kəpəz”) 2 dəfə 11 metrlik nöqtədən qapını dəqiq nişan alıb.

 

Qeyd edək ki, penaltini dəqiq vura bilməyənlər Riçard Qadze (“Zirə”) və Pərdis Fərcad-Azaddı (“Keşlə”).

0