[b]“Qarabağ” - “Olimpiya” matçına laqeyd münasibət[/b]
18.07.2018 - 15:58
[b]“Qarabağ” - “Olimpiya” matçına laqeyd münasibət[/b]

Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Olimpiya” matçına maraq elə də böyük deyil. Apasport.az saytı xəbər verir ki, bu gün keçiriləcək qarşılaşmada anşlaq olmayacaq.

 

Klubdan aldığımız məlumata görə, matçın startına bir neçə saat qalsa da, hələlik yalnız 12-13 min bilet satılıb. Oyun zamanı Tofiq Bəhramov adına Respublika Stadionunun tribunalarının ən yaxşı halda yarısının dolması gözlənilir.

 

Qeyd edək ki, “Qarabağ” - “Olimpiya” matçı 21:00-da start götürəcək. İlk görüşdə Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanıb.

0