[b]“Qarabağ” ŞOK-da: “Sumqayıt” və “Qəbələ” yarımfinalda[/b]
15.12.2017 - 20:54
[b]“Qarabağ” ŞOK-da: “Sumqayıt” və “Qəbələ” yarımfinalda[/b]

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, mərhələnin son iki cavab oyunu həm də Azərbaycanda ilin son futbol matçları olub.

 

Çempionatın liderləri ikinci oyun günündə səfər qarşılaşmalarına çıxıblar. Öncə “Qəbələ” “Səbail”in qonağı olub. Roman Qriqorçukun yetirmələri ardıcıl qələbələr seriyasını səfərdə də davam etdiriblər. İlk oyunda dogma meydandan minimalhesabla qalib gələn “qırmızı-qaralar” səfərdə debütandan üstün olublar. Hesabda geri düşsə də, tezliklə toparlanın "Qəbələ" 4:2 hesablı qələbə qazanaraq, yarımfinala yüksələn 3-cü komanda oldu. 

 

Son 3 mövsümdə “Qızıl dubl”a imza atan “Qarabağ” titulunu qorumaq üçün “Sumqayıt”la səfər oyununa yollanmışdı. Evdə gözlənilmədən çətinliklə üzləşən, ancaq qələbə qazanmağı bacaran Qurban Qurbanovun yetirmələri rəqib meydanında əsl şok yaşayıb. "Sumqayıt" 2 cavabsız qolla qalib gələrək son üç mövsümün qalibini yolundan kənarlaşdırıb.

 

Azərbaycan kuboku

1/4 final

Cavab oyunları

15 dekabr (cümə)

 

 

“Sumqayıt” – “Qarabağ” - 2:0

Qollar: Kamal Mirzəyev, 22, Amil Yunanov, 90


Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev

Sumqayıt şəhər stadionu

İlk oyun – 1:2

 

“Sumqayıt”: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 6. Kamal Mirzəyev, 9. Amil Yunanov, 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov

Ehtiyat oyunçular: 36. Süleyman Süleymanov, 10. Cavid İmamverdiyev, 13. Bəhlul Mustafazadə, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 90. Ramil Həsənov, 97. Xəyal Nəcəfov

Məşqçi: Seymur Rəhimov

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (k), 7. Rahid Əmirquliyev, 10. Pedro Enrike, 8. Markos Madera, 11. Mahir Mədətov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Qerye, 99. Dani Kintana

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 18. Tarik Elyunussi, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 44. Ağabala Ramazanov, 49. İbrahim Əliyev, 88. Elşən Abdullayev, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

 

“Səbail” – “Qəbələ” - 2:4

Qollar: Adrian Popoviçi, 16, Elman Taqayev, 78 - Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44, Famussa Kone, 56, Baqali Dabo, 75
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
“Bayıl Arena”

İlk oyun – 0:1

“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 6. Murad Ağayev, 10. Nurlan Novruzov, 13. Murad Musayev, 17. Vüqar Nadirov, 18. Adrian Popoviçi, 20. Eltun Yaqublu (k), 23. Ayron Stati, 66. Pərviz Qaraxanov, 99. Maudo Jarjue
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 5. Seymur Əsədov, 9. Raul Yaqubzadə, 11. Elman Taqayev, 14. Yamin Ağakərimzadə, 26. Kamal Qurbanov, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev 
Baş məşqçi: Samir Əliyev

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 19. Filip Ozobiç, 28. Stiven Monroz, 34. Ürfan Abbasov, 45. Famussa Kone

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 12. Endi Hallidey, 15. Vitali Vernidub, 17. Roman Hüseynov, 18. İlqar Qurbanov, 21. Deyv Bultuis, 29. Hacıağa Hacıyev, 90. Ekiqo Ehiosun
Baş məşqçi: Roman Qriqorçuk

 

0