[b]“Qarabağ”a 2 qol vura bilərik” – “Olimpiya”nın kapitanı[/b]
17.07.2018 - 14:01
[b]“Qarabağ”a 2 qol vura bilərik” – “Olimpiya”nın kapitanı[/b]

“Qarabağ”la cavab matçına tam hazıram. Kollektivlə birlikdə məşqlərdə iştirak edirəm. Kimin oynayıb, kimin ehtiyatda qalacağına isə baş məşqçi qərar verəcək”. Apasport.az saytının məlumatına görə, bunu “Olimpiya”nın kapitanı Branko İliç deyib.

 

Avropa Liqasının I təsnifat mərhələsində Lyublyanada “Qarabağ”a 0:1 hesabı ilə məğlub olan Sloveniya təmsilçisi sabah Azərbaycan çempionu ilə cavab matçına çıxacaq.

 

Zədə ucbatından ilk görüşü buraxan İliç Bakıdakı qarşılaşmaya özünü hazır sayır. 35 yaşlı müdafiəçi komadandasının mərhələ adlayacağına inanır: “Bakıya nə üçün getdiyimizi, nə istədiyimizi yaxşı bilirik. Bu, bizim üçün çox önəmlidi. Hələ ilk oyundan əvvəl yaxşı toplanış keçmişdik və “Qarabağ”la duellərə hazır idik. Sloveniyadakı görüşdə biz rəqibdən yaxşı idik. Ancaq qəribə qol buraxdıq və məğlub olduq. Halbuki heç qol epizodu da deyildi. Yaxşı oyun keçirmişdik. Yenilməyimizə baxmayaraq, hədəfimizdən vaz keçmək fikrində deyilik. Həmin görüşü təhlil etmişik. Bakıda daha yaxşı oynayacaq gücümüz var. Əminəm ki, 1 və ya 2 qol vura bilərik”.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiya” oyunu 21:0-da start götürəcək.

0