21 Sentyabr 23:11 “Qarabağ”a qol vuran futbolçu qəza törətdi
FUTBOL xəbərləri 21 Sentyabr 23:11
460 baxış

“Qarabağ”a qol vuran futbolçu qəza törətdi

“Çelsi”nin futbolçusu Temu Bakayoko avtomobili ilə qəza törədib. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, hadisə 23 yaşlı yarımmüdafiəçinin məşqdən qayıtdığı vaxt baş verib.

 

Yüngül qəza nəticəsində futbolçu xəsarət almayıb. İlk tibbi müayinədən sonra oyunçu evə buraxılıb.

 

Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasının qrup mərhələsində çempionumuz “Qarabağ”ın rəqiblərindəndir. Bakayoko məhz Ağdam komandasını 6:0 hesabı ilə yendikləri görüşdə fərqlənib.

Xəbər lenti