14 Yanvar 01:15 “Qarabağ”a sürpriz ziyarət - FOTO
FUTBOL xəbərləri 14 Yanvar 01:15
1346 baxış

“Qarabağ”a sürpriz ziyarət - FOTO

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın düşərgəsinə sürpriz qonaq gəlib. Apasport.az saytının məlumatına görə, ağdamlıların keçmiş oyunçusu Muarrem Muarrem bu gün komandanı qaldığı oteldə ziyarət edib.

 

Yeni keçdiyi Albaniyanın “Flamurtari” komandası ilə birlikdə Antalyada olan makedoniyalı futbolçu keçmiş kollektivini də unutmayıb.

 

Qeyd edək ki, iki ayrı vaxtda (2012-2015 və 2016-2017) “Qarabağ”ın formasını geyinmiş Muarrem ümumilikdə meydana çıxdığı 136 oyunda 23 qola imza atıb.