[b]“Qarabağ”da 102 qol vurub, getdilər[/b]
24.05.2018 - 15:59
[b]“Qarabağ”da 102 qol vurub, getdilər[/b]

“Qarabağ” 9 futbolçu ilə yollarını ayırdığını bu gün rəsmən açıqlayıb. Apasport.az saytı Ağdam təmsilçisindən ayrılan futbolçuların bu klubdakı statistik göstəricilərini təqdim edir.

 

Gedənlər arasında mütləq rekord Riçard Almeydaya məxsusdu. O, 237 oyun keçirdiyi “Qarabağ”da 50 qol vurub.

 

Hər iki göstəricidə 2-ci yer Əfran İsmayılova məxsusdu. Yarımmüdafiəçi 7 matç az keçirsə də, qol sayında daha çox  18 top geridə qalır.

 

İbrahim Şehiç də 100-dən artıq oyun keçirdiyi klubdan ayrılmalı olub. O, 159 qarşılaşmada 93 top buraxıb.

 

“Doqquzluq”da ağdamlılara ən az fayda verən Ramil Şeydayevdi. O, yalnız 19 görüşdə komandasının uğuru üçün çalışıb.

 

“Qarabağ”dan gedən sahə oyunçuları ümumilikdə 102 qol vurublar. Onlardan yalnız biri Arif Daşdəmirov rəqib qapısına yol tapmayıb.

 

Futbolçu

oyun

qol

Riçard Almeyda

237

50

Əfran İsmayılov

230

32

İbrahim Şehiç

159

-93

Elvin Yunuszadə

68

3

Rahid Əmirquliyev

52

5

Ağabala Ramazanov

41

5

Pedro Enrike

26

6

Arif Daşdərmirov

21

0

Ramil Şeydayev

19

1

 

0