[b]“Qarabağ”dan əvvəl “Ferensvaroş”[/b]
21.06.2018 - 18:37
[b]“Qarabağ”dan əvvəl “Ferensvaroş”[/b]

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Olimpiya”nın hazırlıq proqramı bəlli olub. Apasport.az saytının Sloveniya mətbuatına istinadən məlumatına görə, Lyublyana təmsilçisi toplanış çərçivəsində iki yoxlama görüşü keçirməyi planlaşdırır.

 

Yeni baş məşqçi İliya Stolika yetirmələrini ilk olaraq Xorvatiya klubu “Lokomotiva” ilə matçda sınayacaq. Bu oyunun tarixi hələ dəqiqləşməyib. Sloveniya çempionu “Qarabağ”la matç öncəsi son oyununu isə “Ferensvaroş”la keçirəcək. Macarlarla görüş iyulun 3-də və ya 4-də baş tutacaq.

 

Qeyd edək ki, “Olimpiya” ilə “Qarabağ” arasındakı oyunlar iyulun 11-də və 17-də keçiriləcək.

0