16 Oktyabr 12:40 “Qarabağ”dan yubiley qələbəsi
FUTBOL xəbərləri 16 Oktyabr 12:40
161 baxış

“Qarabağ”dan yubiley qələbəsi

“Qarabağ” Azərbaycan çempionatlarında tarixi qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi buna Azərbaycan Premyer Liqasının VIII turunun “İnter”lə görüşündə nail olub.

 

Səfərdə 2:0 hesabı ilə qalib gələn əyalət klubu ölkə birinciliklərində 400-cü qələbəsini bayram edib. Bu göstəricidə yalnız “Neftçi”dən geri qalıb, Azərbaycanda ikinci olan “Qarabağ” yubileyi 728-ci matçında yaşayıb. Bu, isə komandanın keçirdiyi oyunların təxminən 55 faizində qalib gəldiyi deməkdi.

 

Bütün ölkə çempionatlarının iştirakçısı 400 qələbədən 243-nü evdə, 154-nü səfərdə, 3-nü neytral meydanda əldə edib.

Xəbər lenti