[b]“Qarabağ”ı keçmək gücündəyik” – “Olimpiya”nın kapitanı[/b]
19.06.2018 - 14:36
[b]“Qarabağ”ı keçmək gücündəyik” – “Olimpiya”nın kapitanı[/b]

“Çətin rəqiblə qarşılaşacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Olimpiya”nın kapitanı Branko İliç deyib.

35 yaşlı müdafiəçi Sloveniya mətbuatına açıqlamasında Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib. O, “Qarabağ”a rəqib olduqları üçün narahat deyil: “Biz “Qarabağ”ı keçmək gücündəyik. Bu rəqibi məğlub etmək və II mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik. Komandamıza inanırıq. Biz artıq keyfiyyətimizi sübut etmişik. Yaxşı hazırlaşmalıyıq”.

Qeyd edək ki, ilk oyun iyulun 10-11-də Lyublyanada, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.

0