[b]“Qarabağ”ın ikinci matçının vaxtı bilindi[/b]
25.06.2018 - 19:19
[b]“Qarabağ”ın ikinci matçının vaxtı bilindi[/b]

Yeni mövsüm hazırlıqlarını davam etdirən “Qarabağ”ın ikinci hazırlıq matçının başlama vaxtı bəlli olub. Apasport.az saytının məlumatına görə, ağdamlılar sabah yerli “Vakker İnsburk” komandası ilə üz-üzə gələcək.

 

Görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

 

Qeyd edək ki, “Qarabağ” ilk hazırlıq matçında “Ludoqorets”lə qarşılaşmış, matç 1:1 hesablı bərabərliklə başa çatmışdı.

0