[b]“Qarabağ”dan qollu heç-heçə - YENİLƏNİB[/b]
23.06.2018 - 21:17
[b]“Qarabağ”dan qollu heç-heçə - YENİLƏNİB[/b]

Yeni mövsüm hazırlıqlarını Avstriyada davam etdirən “Qarabağ” bu gün ilk yoxlama görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, ağdamlıların rəqibi “Ludoqorets” olub.

 

Bolqarıstan təmsilçisi ilə görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. Qurban Qurbanovun yetirmələri ilk hissədə hesabda geri düşsə də, ikinci yarıda cavab qolunu vurmağı bacarıb. Dani komandasını məğlubiyyətdən xilas edib.

 

Qeyd edək ki, "Qarabağ" "Ludoqorets"lə yanaşı, iyunun 26-da "Vakker İnsbruk" (Avstriya), 30-da Suriya yığması, iyulun 4-də isə "Dinamo" (Kiyev, Ukrayna) klubları ilə də yoxlama oyunları keçiriəcək.

 

Hazırlıq oyunu

23 iyun

"Ludoqorets" - "Qarabağ" - 1:1

Qollar: Svierczok, 33 - Dani, 52

Avstriya

 

“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 52. Yakub Jezniçak, 30. Abbas Hüseynov, 77. Donald Gerrye, 2. Qara Qarayev, 19. Filip Ozobiç, 8. Miçel, 91. Coşqun Diniyev, 99. Dani Kintana, 11. Mahir Mədətov

0