[b]“Qarabağ”ın istədiyi futbolçu İtaliyada qaldı[/b]
25.06.2018 - 10:13
[b]“Qarabağ”ın istədiyi futbolçu İtaliyada qaldı[/b]

“Qarabağ”ın maraq dairəsində olan “Çezena”nın yarımmüdafiəçisi Kərim Laribi İtaliyada qalmaq qərarına gəlib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 27 yaşlı futbolçu “Verona” ilə anlaşıb.

 

Fabio Qrossonun ixtiyarında görmək istədiyi hücumameylli oyunçu “Qarabağ”la yanaşı, bir neçə ölkədən təklif almasına baxmayaraq, yenə İtaliyada qalıb. O, “Verona” ilə 3 illik müqavilə imzalamağa razılıq verib. Yaxın günlərdə tərəflər münasibətləri rəsmiləşdirəcək.

 

Qeyd edək ki, Tunis millisində 1 oyun keçirmiş Kərim Laribinin klub karyerası İtaliya ilə bağlıdı.

0