[b]“Qarabağ”ın istədiyi futbolçu İtaliyada qalır[/b]
21.06.2018 - 11:48
[b]“Qarabağ”ın istədiyi futbolçu İtaliyada qalır[/b]

“Qarabağ” “Çezena”nın futbolçusu Kərim Laribidən əlini üzür. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi karyerasını elə bu ölkədə davam etdirəcək.

Çünki Tunis millisinin üzvü “Verona” ilə müqavilə bağlamağa hazırlaşır. “Qarabağ”la yanaşı, “Kyevo” və “Venetsiya”nın da maraq dairəsində olan Laribinin “Çezena” ilə müqavilə müddəti bu ayın sonunda başa çatacaq. “Verona”nın yeni baş məşqçisi Fabio Qrossonun ixtiyarında görmək istədiyi hücumameylli oyunçu ilə danışıqlar müsbət nəticələnib və tərəflər, demək olar ki, ortaq məxrəcə gəliblər.

Qeyd edək ki, İtaliyanın aşağı yaş qrupu üzrə millilərində çıxış etmiş Kərim Laribinin klub karyerası yalnız bu ölkə ilə bağlıdı.

0