[b]"Qarabağ"ın istədiyi futbolçu qərar verir [/b]
22.06.2018 - 13:42
[b]"Qarabağ"ın istədiyi futbolçu qərar verir [/b]

“Qarabağ”ın maraq dairəsində olan “Mamelodi Sandaunz” klubunun hücumçusu Xama Billiat bu gün yekun qərarını verəcək. Apasport.az saytı xəbər verir ki, bunu futbolçunun meneceri Mayk Nqobeni söyləyib.

 

O, Zimbabve mətbuatına açıqlamasında müxtəlif qitələrdən sərfəli təklif olmasına baxmayaraq, Billiatın Avropaya yollanacağını söyləyib. Hətta “Zamalek” klubunun ayda 32 min avroluq maaş təklifi də 28 yaşlı forvardın qərarını dəyişməyib: “Zamalek” Afrikanın ən böyük klublarından biri olmasına baxmayaraq, Xama ora keçmək istəmir. Asiyadan da təklifləri var. Lakin futbolçu Avropada oynamaq, orda inkişaf etmək niyyətindədi. Bu gün onun qərar verəcəyi gündü”.

 

Avropadan “Qarabağ”, “Yurqarden” və “Styaua” klubları Billiatın transferində maraqlıdılar. Azərbaycan çempionu bu mübarizədə bir addım öndə göstərilir.

 

Qeyd edək ki, Zimbabve millisinin əsas hücumçularından sayılan Xama Billiatın 5 ildi formasını geyindiyi “Mamelodi Sandaunz”la müqavilə müddəti bu ayın sonunda başa çatacaq.

0